DGK mərkəz tikintisi layihə-smetasına 1.2 milyon manat xərcləyəcək

DGK mərkəz tikintisi layihə-smetasına 1.2 milyon manat xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi (DGK) Bakı Rəsmiləşdirmə Mərkəzinin inşası üçün hazırlıqlara başlayıb. Tribunainfo.az xəbər verir ki, qurumun tabeliyində olan “Azərterminalkompleks” Birliyi bununla bağlı tender komissiyasına müraciət edib.

Açıq mənbələrdə qeyd edilir ki, Dövlət Gömrük Komitəsinin Bakı Rəsmiləşdirmə Mərkəzinin tikintisi üçün layihə-smeta sənədləri hazırlanmalıdır. Bu xidmətin satın alınması üçün isə DGK 1 milyon 222 min 189 manat vəsait nəzərədə tutub.

Maraqlıdır, görəsən, təkcə layihə-smetası 1.2 milyon manata başa gələcək Mərkəzin tikintisinə nə qədər xərc çəkiləcək? Bəlkə, DGK Milli Bankla rəqabətə girib?

Fərda Uğur