“Emiland” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu yazılıb.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranov icraatına verilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, tərtib edilmiş protokola vəzifəli şəxslərin 1000 manat, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “Emiland”in nizamnamə kapitalı 103270 manat, qanuni təmsilçisi Hüseynov Hikmət Nazim oğludur. Mağazalar şəbəkəsi kişi geyimlərinin satışını həyata keçirir.