Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyi maraqlı bir tender keçirib.
Tribunainfo.az xəbər verir ki, qurum ketring xidməti satın alıb.
“UKRAYNA TİCARƏT EVİ” MMC ilə əldə olunmuş razılaşmaya əsasən Birlik 2.500 nəfər üçün çay, kofe, qazlı-qazsız su, qənd-şəkər-limon, fərqli növ şirniyyatlar alacaq. Lakin digər işçilərinə, yəni 500 nəfərə isə əlavə olaraq yemək alınacaq. Bunun üçün isə 70 min 269 manat ödəyəcək.
İşin maraqlı tərəfi odur ki, DGK bu addımı ilə işçiləri arasında ayrı-seçkiliyə yol verib. Onların bir qisminə yemək alınması, digər qisminə isə alınmaması bunun göstəricisi kimi qəbul edilir.
Fərda Uğur