Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyat İdarəsi daha bir tenderini yekunlaşdırıb.
Tribunainfo.az xəbər verir ki, dünən nəticələri açıqlayan qurum balansında olan vvtomobillərə texniki qulluq və təmir xidmətlərinə 1 milyon 651 min 81 manat xcərcləyəcək.
Həmin məlumatlara görə, DGK-nın idarəsi “SK SERVİS” MMC ilə işlərin satın alınması üçün müqavilə bağlayıb.
Tribunainfo.az açıq mənbələr üzərindən dəqiqləşdirib ki, DGK-nın Avtomobil Nəqliyyat İdarəsi son bir il ərazində eyni məqsədlər üçün daha iki tender də keçirib. Belə ki, avtomobillərə texniki qulluq və təmir xidmətlərinin satın alınması bəndi üzrə 14.08.2024-ci tarixində 847 min 846 manatlıq “İDEAL MOTORS” MMC ilə anlaşma əldə olunub.
Maraqlıdır ki, bu tenderin üzərindən cəmi 13 gün keçdikdən sonra analoji tender növbəti dəfə təkrarlanıb. Belə ki, 27.08.2024-ci il tarixdə “İDEAL MOTORS” MMC ilə 749 min 966 manatlıq daha bir satınalma müqaviləsi imzalanıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Fərda Uğur