Yevlax rayonunda nəvəsi qəzada öldüyü üçün intihar edən nənənin ölümünün təfərrüatı məlum olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə Baku TV-yə mərhumun qohumları danışıb.
Samir Məmmədovun sözlərinə görə, 64 yaşlı Lalaxanım Rzayeva həyatına son qoymazdan əvvəl nəvəsinin ölümünə dözə bilməyəcəyini deyib: “Sözün bitdiyi andır. Nəvəsi ilə nəfəs alırdı, bu dərdə dözmədi. “Nəvəmin ölümünü görə bilmərəm, görsəm, ürəyim partlayar” deyirdi. Sonra da dərman içərək canına qəsd etdi”.
Qeyd edək ki, 15 yaşlı Amin Rzayevi yanvarın 23-də məktəbdən qayıdarkən maşın vurub. Ağır vəziyyətdə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə komadan ayılmayıb və yanvarın 30-u dünyasını dəyişib. O, komada olan zaman nənəsi yanvarın 28-də sirkə içərək canına qəsd edib.
Daha ətraflı süjetdə: