Qərb ölkələri Almaniyanın Hamburq şəhərindəki toqquşmaların Kreml ilə əlaqəsi olduğunu iddia edəcəklər.
Qərb ölkələri Almaniyanın Hamburq şəhərindəki toqquşmaların Kreml ilə əlaqəsi olduğunu iddia edəcəklər.
TİA.AZ xəbər verir ki, bu sözləri Feysbuk hesabında Rusiya XİN rəsmisi Mariya Zaxarova yazıb.
İki rus vətəndaşının Hamburqda nəzarətə alınmasını dəyərləndirən Zaxarova bunları qeyd edib: “İndi bizə Hamburqun 2 rus tərəfindən alt-üst edildiyini izah edəcəklər. Sonra düşünüb, bunu Kremlin əmri ilə etdiklərini əlavə edəcəklər. Kristal kürə xəbər və proqnoz agentliyini açıram”, – Zaxarova söyləyib.
Qeyd edək ki, Hamburqda G20 sammiti zamanı keçirilən mitinq zamanı saxlanılan 4 Rusiya vətəndaşının hamısı sərbəst buraxılsa da, daha sonra 2 rus nəzarətə alınıb.