“Devalvasiya ötən il şirkətimizə 10-15 milyon manat məbləğində zərər vurdu. Bu, elə də böyük rəqəm deyil. Şirkət öz gəlirliliyini qoruyub saxlayıb”.
“Devalvasiya ötən il şirkətimizə 10-15 milyon manat məbləğində zərər vurdu. Bu, elə də böyük rəqəm deyil. Şirkət öz gəlirliliyini qoruyub saxlayıb”.
TİA.AZ xəbər verir ki, bunu “Azercell Telekom” MMC-nin maliyyə məsələləri üzrə məsləhətçisi Sərdar Yılmaz bu gün keçirilən mətbuat konfransında bildirib.
“Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev isə manatın devalvasiyasının şirkətə vurduğu zərərə toxunarkən bildirib ki, hər bir ciddi şirkətin məhz iqtisadi böhran dövründə ciddi itkilərlə qarşılaşmaması üçün müvafiq departament iş başında olur:
””Azercell Telekom” MMC-nin də müvafiq departamenti öz işinin öhdəsindən peşəkarcasına gəlib. Məhz bunun nəticəsində ötən ilin dördüncü rübü şirkətimiz üçün uğurlu olub”.