backend

DƏRSLİYİN ADI NİSBİ XARAKTER DAŞIYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Ölkəmizdə “Azərbaycan multikultralizmi” adlı dərsliyin buraxılması nəzərdə tutulub.  

 Ölkəmizdə “Azərbaycan multikultralizmi” adlı dərsliyin buraxılması nəzərdə tutulub. 

Bu barədə Multikulturalizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev məlumat verib. Lakin bir çox ekspertlər bu dərsliyin hazırlanmasına ehtiyac olmadığını bildirir.

Təhsil eksperti Məlahət Mürşüdlü TİA.AZ-a məsələylə bağlı münasibətini bildirdi: “Dərsliyin dəqiq adı, proqramı və məzmunu haqqında bilgiyə, məlumata malik deyiləm. Ona görə öncədən fikir söyləmək çətindir. Əgər bu dərslik özündə İslamı dəyərlərdən irəli gələrək uşaqlara əxlaqi-mənəvi keyfiyyətlər aşılayacaqsa, başqa dinlərə mənsub xalqların etiqad azadlığına tolerantlıq göstərmək, hörmətlə yanaşmaq kimi bəşəri ideallar verəcəksə, nədən olmasın. Ad nisbi xarakter daşıyır. Əsas onun məzmunu və gənc nəslə nəyi, necə verməkdir”.


İlahə