“Reklam haqqında qanun”un 12-ci maddəsində bilavasitə azyaşlılara və yetkinlik yaşına çatmayan şəxslərə yönəlik reklamlarda zərərli reklamlar qadağan edilir.
“Reklam haqqında qanun”un 12-ci maddəsində bilavasitə azyaşlılara və yetkinlik yaşına çatmayan şəxslərə yönəlik reklamlarda zərərli reklamlar qadağan edilir.
Hədəf kütləsi məktəblilər, gənclər olduğu üçün onların inkişafına yönəlik reklamların olmasına cavab olaraq, dünən Prezident Təhsil Haqqında qanuna dəyişiklik edilməsi ilə bağlı sərəncam imzaladı. Sərəncamda bildirilir ki, dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz. Eləcə də yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilməlidir.
Xatırladaq ki, keçən il məktəblilər üçün dəftər ləvazimatlarında günəbaxan tumlarının reklamlarına rast gəlinirdi. Belə ki, “Bozbash Pictures” layihəsinin tanınmış aktyoru Elşən Orucovun (“Fəlakət” obrazı ilə tanınan) dəftərlər üzərində “Əla tum” günəbaxan tumlarını reklam etməsi diqqət çəkirdi. Eləcə də gündəliklərdə Unibankın, Bakcellin reklamları da gedirdi. Hansısa maraqlı kitabın və ya uşaq ədəbiyyatının reklamının olması başa düşüləndir. Lakin tum və ya digər məhsulların dəftər və digər vəsaitlər üzərindəki reklamı təhsilin məqsədinə necə xidmət edə bilər?
Təhsil üzrə ekspert Kamran Əsədov TİA.AZ-a bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk təhsil haqqında qanun 1992-ci ildə tələsik olaraq qəbul edildi: “Uzun müddət keçdikdən sonra yeni təhsil haqqında qanun qəbul edildi. Hazırki Təhsil Qanunu 2009-cu ildə qəbul edilib. Onun özündə belə müəyyən boşluqlar var idi. Qanunvericilik elə bil anlamdı ki, dövlətin siyasi-iqtisadi inkişafına uyğun olaraq, dünyəvi gedən prosesslər əsasında zaman-zaman burda edilən dəyişikliklərin olması labüddür. Azərbaycan dünya təhsilinə inteqrasiya edir. Məktəb ləvazimatlarında, dəftərdə, albomda, gündəlikdə və buna bənzər vəsaitlərdə reklam materiallarının çap olunması bir sıra yerlərdə narazılıqlar yaratdı. Xatırladaq ki, bir neçə il bundan əvvəl dövriyyəyə buraxılmış orta məktəb gündəliklərində şagirdləri SMS çatlaşmağa, gecə saatlarında internetdə əylənməyə dəvətlər nəzərdə tutulurdu. Hesab edirəm ki, bu dəyişiklik Təhsil haqqında qanuna vaxtında atılmış bir dəyişiklikdir. Təhsilin inkişafına yönəlmiş bir addımdır. Bundan başqa məktəblərin yaxınlığında şagirdlərin yaşına uyğun olmayan mərc obyektlərinin, iaşə obyektlərinin fəaliyyət göstərməsi də qanunauyğun deyil. Ali məktəblərdə, orta ixtisas məktəblərində, orta ümümtəhsil məktəblərin yaxınlığında məktəblinin psixologiyasına zərbə vuracaq obyektlərin fəaliyyəti bundan sonra olmayacaq. Düşünürəm ki, yaxın illər ərzində Təhsil haqqında Qanuna yenə də əlavə və dəyişikliklər ediləcək. Bildiyimiz kimi, Təhsil Nazirliyi həmişə təhsil haqqında qanunda geniş açıqlaması olmayan və daha çox yer verilməyən təhsil müəssisələrinə dövlət büdcəsinə vəsaitlərlə bağlı təkliflər irəli sürdü. Burda da müəyyən dəyişikliklər edilməsi labüddür. 2016-ci ilin aprelində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edildi və ali məktəblərə qəbulda bu ildən etibarən yeniliklər çıxmağa başladı. Təhsildə həyata keçirilən bütün dəyişikliklər hüquqi baza baxımından qanunvericilikdə öz əksini tapmalıdır. Nazirlik ali məktəblərə qəbulla bağlı hazırlıq qruplarının yaradılması ilə bağlı təkliflər də irəli sürüb. Azərbaycan təhsili dünya təhsilinə, avropa təhsilinə inteqrasiya edir və qanunvericiliyimiz imkan verməlidir ki, Azərbaycanın istər ali, istər orta məktəbləri fundamental bazada ola bilsin”.
Nilufər