Mən təklif edərdim ki, dekabr ayının 20-dən dərs prosesini onlayn formaya keçirilsin. Qış tətilinin müddətini uzatmaqdansa, biz daha erkən tətilə getməliyik.
Bu sözləri Tribunainfo.az-a təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, yoluxmanın azalması üçün bu addım atılmalıdır:
“Həm orta məktəblərdə, həm də ali məktəblərdə apardığımız müşahidələr göstərir ki, şagird və tələbələrin davamiyyəti çox ciddi şəkildə aşağı düşüb. Rəqəmlər 50 faizdən də aşağıdır. Bu o demək deyil ki, gəlməyənlərin hamısı yoluxub. Sadəcə insanlar yoluxmaqdan qorxur və ünsiyyəti azaltmaq üçün kütləvi yerlərdən uzaq dururlar.
Bu ciddi məsələdir və birdən-birə təhsilin ənənəvi formadan distant formaya keçirilməsi ilə bağlı qərar qəbul etmək olmaz. Ancaq hazırki proses bunu tələb edir. Çoxu hesab edir ki, qış tətilinin müddəti uzadılmalıdır. Ancaq qış tətili müddətinin uzadılması doğru həll yolu deyil. Ümumilikdə təhsillalanlar arasında komunikasiya qırılmalıdır.
Mən təklif edərdim ki, dekabr ayının 20-dən dərs prosesini onlayn formaya keçirək. Qış tətilinin müddətini uzatmaqdansa, biz daha erkən tətilə getməliyik. Bundan əlavə, məktəblilər qış tətilində də dincəlmiş olarlar. Həm məktəblilər arasında kontakt azalar, yoluxma sayı düşər, yoluxanlar tez zamanda sağalar. Qış tətilindən sonra normal şəkildə tədrisə davam etmək olar. Bu müddət ərzində məktəblilərin immuniteti də həm qızılcaya, həm də yayılmaqda olan mövsümi xəstəliklərə qarşı güclənmiş olar”.