backend

DƏRS YÜKÜ ALTINDA ƏZİLƏN UŞAQLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları” Nazirlər Kabinetinin qərarı ilə 2010-cu il 3 iyun tarixli qərarı ilə təsdiq edilsə də bu qərarda olan ağırlıq yeni “Ümumi təhsil pilləsinin yeni dövlət standartları” layihəsini hazırlamağa vadar edib. Layihə təsdiqlənməsi üçün hökumətə təqdim ediləcək və mövcud standartlardan fərqli olaraq, yeni standartlara görə şagirdlər “artıq yük”lərdən azad ediləcək. 

“Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları” Nazirlər Kabinetinin qərarı ilə 2010-cu il 3 iyun tarixli qərarı ilə təsdiq edilsə də bu qərarda olan ağırlıq yeni “Ümumi təhsil pilləsinin yeni dövlət standartları” layihəsini hazırlamağa vadar edib. Layihə təsdiqlənməsi üçün hökumətə təqdim ediləcək və mövcud standartlardan fərqli olaraq, yeni standartlara görə şagirdlər “artıq yük”lərdən azad ediləcək.

Beləki, proqramların ağırlığından şikayət edən müəllim və şagirdlər çoxluğu mütəxəssisləri bu  məsələyə yenidən baxmağa vadar edib və müəyyən mənada proqramda korreksiya edilib, əlavə məlumatlar çıxarılıb. Artıq yeni standartlar əsasında kurrikulumun hazırlanmasına da başlanılıb.

Təhsil eksperti Kamran Əsədov TİA.AZ-a bildirdi ki, ibtidai siniflərdə dərs proqramının ağırlığı, şagirdlərin həddindən çox yüklənməsi danılmaz faktdır:“Bu bizim təhsil proqramlarından irəli gəlir. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, bizim orta məktəb dərsliklərinin informasiya yükü akademik səviyyədədir. 

Türkiyənin məşhur dərsliklər üzrə ekspertinin treyninqində iştirak zamanı bizim 4-cü siniflər, yəni 11-12 yaşlılar üçün yazılmış bir dərsliyini təhlil etdik. Məlum oldu ki, bizim 11-12 yaşlı məktəbli üçün nəzərdə tutulmuş dərsliyimiz informasiya yükünə, söz çoxluğuna görə 28-29 yaşlılar üçün tələb olunan göstəricilərə uyğun gəlir. Təəsüflər olsun ki, bizim tələblərimizə görə, yaxşı dərslik informasiya yükü çox olan, akademik səviyyədə yazılmış kitabdır”. 

Ekspert hesab edir ki, bu düzgün deyil. Belə ki, hər şeyi orta məktəbdə öyrənilməlidir düşüncəsilə, hansısa bir elm haqqında nə qədər bilik, informasiya varsa dərsliyə yüklənir: “Əvvəlki standartları yazanlar yeni standartaların yazılmasına yenə də cəlb olunsa, heç bir yenilik gözləmək olmaz. Hesab edirəm ki, dünyanın aparıcı təhsil sistemlərinə, tədris üsullarına bələd olan mütəxəsislərin cəlb olunması ilə yeni standartlar yazılmalıdır. Əvvəlki proqramlardan fərqli olaraq, yeni yazılacaq standartlar şagirdlərin hafizəsindən daha çox təfəkkürünü inkişaf etdirməlidir”.

“Ağır yüklü” şagirdlər məktəbdə azmış kimi evdə də valideynlərin təzyiqi altında məcbur və cəza verərilərək dərs öyrənməyə məhkum olurlar. Nəticə də isə uşaqlarda  elmə və təhsilə nifrət hissi yaranır. Psixoloqlar hesab edir ki, insanda nəyə nifrət yaratmaq istəyirsənsə, sadəcə məcbur et və ya cəzalandır.

K.Əsədov bildirdi ki, uşağı inkişaf etdirmək istəyən valideynlər hər nəyin bahasına olursa-olsun ona oxumağı öyrətmək istəyirlər: “Əlbətdə ki, uşağa oxumağı öyrətmək ilk baxışdan elə də sadə bir iş deyildir. Yavaş-yavaş hərəkət etmək lazımdır, onun üçün nəyin maraqlı və nəyin maraqsız olduğunu bilməliyik. Əgər valideyn uşağına dostlarının yanında lovğalanasın deyə oxumağı öyrətmək istəyirsə , onda bu işə başlamasa daha yaxşı olar. Bütün hallarda zorla, məcburiyyətlə uşaqda oxumaq hissinin formalaşdırılması mümkün deyil. Uşaq o zaman hansısa fiziki zərbədən və ya məhrumiyyətlərdən qorxaraq oxuyacaq. Lakin effektli olmayacaq. Hesab edirəm ki, uşağa məcburi və ya zorla oxumağı öyrətmək hələ heç də ona kitablara məhəbbət hissi yaratmaq demək deyil”.

 İlahə