Almaniyanın məşhur jurnallarından olan “Der Spiegel”in müxbiri illərlə hekayələr uydurub.
Qaynarinfo xəbər verir ki, tədqiqatçı jurnalist Klaas Relotius illərlə uydurma yazılar yazıb. Onun müəllifi olduğu 60 yazıdan 14-ünün saxta olduğu aşkarlanıb.
Faktı etiraf edən 33 yaşlı Klaas jurnaldan istefa verib. “Der Spiegel” məsələ ilə bağlı açıqlama verərək oxuculardan üzr istəyib.
Qeyd edək ki, Klaas Relotious 2014-cü ildə “İlin jurnalisti” adına layiq görülüb və digər mükafatlara sahib çıxıb.