Deputat Xanhüseyn Kazımlının oğlu ilə Türkiyə şirkəti arasında məhkəmə çəkişməsi davam edir. Tribunainfo.az məlumat verir ki, “Öz Ak” firması deputatın oğlu Samir Kazımlıya qarşı maddi zərərin ödənilməsi ilə iddia qaldırıb. İşə avqustun 30-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Abdıyev sədrlik edib. Qeyd edək ki, tərəflər bir neçə ildir hüquq müstəvidə münaqişədədir.