125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə deputatlığa namizəd Nigar Ələsgərovanın seçicilərlə görüşləri davam edir.
25 avqust tarixində Qobu Parkda açıq hava şəraitində keçən növbəti görüşdə seçicilər qarşısında çıxış edən Nigar Ələsgərova özü haqqında məlumat verib, fəaliyyətindən danışıb. Qeyd edib ki, fəaliyyəti dövründən onlarla gəncin inkişafında xüsusu rolu olub, çoxlu sosial-iqtisadi layihələr həyata keçirib, beynəlxalq təşkilatlarda Azərbaycanı layiqincə təmsil edib, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq nümayiş etdirib. Deputatlığa namizəd son dövürlərdə fəaliyyətində sosial və aqrar layihələrin üstünlük təşkil etdiyini bildirib. O, ölkə üzrə müxtəlif regionlarda “Kənd qonaq evləri”ni yaratdığını, bu kimi işlərin gələcəkdə Qubadlı və Zəngilanda da həyata keçircəyəni vurğulayıb. N.Ələsgərova layihərinin böyük hissəsini qadınlar və gənclərə, işsizliyin aradan qaldırılmasına yönəldəcəyini də vəd edib.
Görüşdə seçicilər qarşılaşdıqları problemlərdən, həllini gözlədikləri məsələlərdən söhbət açıblar.
Görüşün sonunda seçicilərə deputatlığa namizədin seçki platformasının əks olunduğu bukletlər paylanılıb.
Nigar Ələsgərovanın tərcümyei halı: https://nigaralasgarova.az/tercumeyi-hal/