Azərbaycanda yeni medallar təsis edilib.
TİA.AZ xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Diplomatik xidmətə verilən töhfəyə görə” medalının və “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.