backend

Deputatlar Qobustan rayonunun adını dəyişdirilməsini təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Qobustan qəsəbəsi ilə Qobustan rayonu arasındakı fərqə aydınlıq gətirilməsini istəyir 
Millət vəkili Qobustan qəsəbəsi ilə Qobustan rayonu arasındakı fərqə aydınlıq gətirilməsini istəyir

TİA.AZ gununsesi.info-ya istinadən xəbər verir ki, Milli Məclisin (MM) Aqrar siyasət komitəsində Torpaq Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunub.

Müzakirələr zamanı çıxış edən millət vəkili Aydın Hüseynov bildirib ki, mübahisəli torpaq ərazilərinin müəyyənləşdirilməsi ilə yanaşı, qonşuluqda yerləşən eyniadlı ərazi vahidlərinə də aydınlıq gətirilməlidir.

“Məsələn, Qaradağ rayonu ərazisində Qobustan qəsəbəsi var və bununla yanaşı qonşu ərazidə Qobustan rayonu var. Qobustan qəsəbəsi qədim tarixi bir qəsəbədir. Bu qəsəbənin ərazisində “Qobustan “ qədim tarixi qoruq yerləşir. Ancaq bununla yanaşı, elə də uzaq tarixə malik olmayan və Şamaxı rayonunun bölünməsi nəticəsində yaranan Qobustan rayonu var ki, eyni adların qonşuluqda yerləşməsi qəsəbə sakinləri arasında müəyyən narahatlıq yaradır və onlar müvafiq qurumlardan bu məsələyə aydınlıq gətirilməsini istəyirlər. Xahiş edirəm ki, müvafiq aidiyyatı təşkilatlar bu məsələyə baxsınlar”– deyə, millət vəkili bildirib.