Deputatlar ABŞ-a savaş açdı: Bütün sazişləri DAYANDIRAQ!

Deputatlar ABŞ-a savaş açdı: Bütün sazişləri DAYANDIRAQ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milli Məclisin deputatları xarici işlər naziri Ceyhun Bayramova məktub ünvanlayıb, ABŞ-la sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını istəyib”.

Tribunainfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Azərbaycan etibarlı tərəfdaşdır: “Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirən, ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən ölkədir. Cənab Prezidentin bir kəlamını xatırladım: “Heç kim bizə heç nə diqtə edə bilməz, bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nə lazım biliriksə, onu da edəcəyik”.