Milli Məclisin bu keçirilən iclasında Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Milli Məclisin bu keçirilən iclasında Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb.
TİA.AZ-ın xəbərinə görə, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hər üç layihə bir müddət əvvəl “Qiymətli kağızlar haqqında” qanuna edilən dəyişikliklərə uyğunlaşdırmadır.
Dəyişikliklərə əsasən yaşıllaşdırma ilə bağlı dispozisiyada dəyişiklik edilib, kol və yaşıllığın məhv edilməsinə görə sanksiyalar ağırlaşdırılıb. Təklif edilən dəyişikliyə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan ərazilərdə ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manata qədər miqdarda cərimə və ya iki ilədək müddətdə islah işləri və ya üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hər üç layihə ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Bundan başqa Vergi Məcəlləsində, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kommersiya sirri haqqında” qanunlarda dəyişikliklər müzakirəyə çıxarılıb. Qanun layihələrindəki dəyişikliklərin texniki xarakter daşıdığı vurğulanıb. Layihələr səsə qoyularaq qəbul olunub.