DEPUTAT:”İSTƏNİLƏN HƏDƏFİ MƏHV EDƏRİK”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyi tez bir zamanda azad edilən mövqelərin geri qaytarılacağını deyirdi və buna cəhdlər də oldu”. 

“Aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyi tez bir zamanda azad edilən mövqelərin geri qaytarılacağını deyirdi və buna cəhdlər də oldu”.

TİA.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev deyib. Onun sözlərinə görə, ancaq həmən cəhdlər hər dəfə düşmənin daha sarsıdıcı zərbə almasıyla nəticələndi:

“Vurulub-çıxarıldıqları mövqelərin bu yolla geri qaytarılmasının mümkünsüzlüyünü görən Sərkisyan rejimi danışıqlardan imtina etməyə başladı.
Amma havadarları bu cür davranışın işğalçını daha böyük təhlükələrlə üz-üzə qoyacağını görüb Brüsseldə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşlərini təşkil etdilər. Bu görüş öncəsi isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nalbandyanı yanına çağıraraq növbəti dəfə təlimatlandırdı.
Verilən açıqlamalardan belə görünür ki, yaxın gələcəkdə prezidentlər də bir araya gələ bilərlər. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan toplantısında da Prezident İlham Əliyev danışıqlar məsələsinə toxunub: “İşğalçını məcbur etdilər və o, danışıqlar masasına qayıdıb. İndi məsələ ondan ibarətdir ki, tezliklə substantiv, yəni mənalı, konkret danışıqlar bərpa edilməlidir. Danışıqlar nəticəsində torpaqlarımız işğaldan azad edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bizim mövqeyimiz bundan ibarətdir. Bundan kənarda heç bir həll yolu mümkün deyil”.
Dövlət başçımız substantiv danışıqlardan qaçacağı halda düşməni nə gözlədiyi haqda isə bunları dedi:“Həmişə olduğu kimi, biz bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərmişik. Yeni silahlar, ən müasir texnika alınır. Özü də biz texnikanı, silahları, ən müasir avadanlığı müxtəlif ölkələrdən alırıq və onların bir hissəsi artıq gəlir, bir hissəsi isə gələcəkdir. Bu, bizim hərbi potensialımızı daha da artıracaq. Bu günün özündə biz işğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik”.

İlahə