backend

Deputatın Rusiya mediasına müsahibəsi QALMAQAL YARATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Arif Rəhimzadə Rusiyanın km.ru saytına açıqlamasında azərbaycanlıların türk olmadığını deyib. 

Milli Məclisin deputatı Arif Rəhimzadə Rusiyanın km.ru saytına açıqlamasında azərbaycanlıların türk olmadığını deyib.

TİA.AZ xəbər verir ki, A.Rəhimzadə çar Rusiyasının məhz azərbaycanlıları türk hesab etdiyi üçün ermənilərə dəstək verdiyini açıqlayıb.


“Rusiyanın azərbaycanlıları türk hesab etməsi bizim bədbəxtliyimizdir. Amma azərbaycanlılar türk deyil. Bu, səhv yanaşmadır. Bəli, biz azərbaycanlılar türklərlə ümumi köklərə malikik, lakin tamamilə müxtəlif xalqları

“Arif müəllim çox yaxşı bilir ki…”

Milli Məclisin deputatı, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov Publika.aza açıqlamasında məsələyə münasibət bildirib.

N.Cəfərov deyib ki, Arif Rəhimzadə müdrik adamdır: “O, çox yaxşı bilir ki, bizim kökümüz türkdür. Lakin Arif müəllim siyasətçidir və görünür, Rusiyanın Türkiyə ilə uzun zaman apardığı nüfuz mübarizəsinə görə belə deyib. Rusiyada həmişə bizə türk, tatar kimi baxıblar. Arif müəllim də azərbaycanlıların, Türkiyə türklərinin, tatarların, özbəklərin, qırğızların və digər türkdilli xalqların türk olduğunu yaxşı bilir. Sadəcə olaraq, hər ölkədə müxtəlif etnik qruplar yaşayır. Arif müəllim də etnik tarixi yaxşı bilir”.

“O, türk dünyasına bağlı adamdır”

Onun sözlərinə görə, Arif Rəhimzadə türk dünyasına bağlı adamdır: “Hesab etmirəm ki, o, bu sözləri başqa mənada deyib”.


N.Cəfərov Arif Rəhimzadənin “türklər və azərbaycanlılar fərqli xaqlardır” sözlərinin doğru olduğunu bildirib.

“Türkiyə türkləri, biz, qırğızlar, tatarlar, özbəklər fərqli xalqlardır. Misal üçün, ruslar, ukraynalılar və belorusların dili 90 faiz eynidir, lakin onlar başqa-başqa xalqlardır. Rusiyada müəyyən mərkəzlər ukraynalılarla rusların eyni xalq olduğunu desə də, ukraynalılar bunu qəbul etmirlər. Bizimlə türklər də ayrı-ayrı xalqlardır, sadəcə olaraq kökümüz eynidir. Sadəcə olaraq, Arif Rəhimzadə “bədbəxtliyimizdir” ifadəsini elə-belə işlədib, bu ifadəyə ehtiyac yoxdur”, – deyə o bildirib.

“Arif Rəhimzadə pis insan deyil, amma…”

Türkoloq Firudun Cəlilov isə Arif Rəhimzadənin səhv dediyini bildirib: “Arif Rəhimzadə pis insan deyil, amma bu, onun sahəsi deyil. Ona görə də səhv deyib. Bu elə məsələdir ki, bununla bağlı ancaq mütəxəssislər söz deyə bilər”.

“Onun özü dəqiq türk deyil”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Arif Rəhimzadəni sərt şəkildə tənqid edib.

“Bizim antropologiyamız, dilimiz, etnik mədəniyyətimiz, əxlaqımız klassik türklükdən gəlir. Dünyada da türk deyəndə məhz azərbaycanlılar nəzərdə tutulur. Tarixi şəxsiyyətlərimiz də özlərini türk adlandırırdılar. Misal üçün, XV əsrdə Şah İsmayıl Xətai türk dilində şeirlər yazırdı, dövlət dili də türk dili idi. Türkmənlər, özbəklər və digərləri isə türk tayfalarıdır, biz isə eramızdan əvvəl də türk idik, indi də. Biz aborigen türklərik II Dünya müharibəsində bizi türk olduğumuz üçün Orta Asiyaya köçürmək haqda qərar qəbul etmişdilər”, – deyə o bildirib.


S.Cəlaloğlu Arif Rəhimzadənin türk olmadığını deyib: “Arif Rəhimzadənin özü dəqiq türk deyil. Onun antropologiyasına baxanda da bu bilinir. Onun kimi insanlar Azərbaycanda 1000-1500 nəfər olar, lakin bu ölkədə
əksəriyyət türklərdir”.

“Bu, Heydər Əliyevə qarşı çıxmaqdır”

ADP sədri A.Rəhimzadənin Heydər Əliyev siyasətinə qarşı çıxdığını da bildirib.

“Heydər Əliyev “iki dövlət bir millət” konsepsiyasını irəli sürmüşdü. Bu gün Arif Rəhimzadə Heydər Əliyevin yaratdığı dövlət quruluşunda onun siyasi baxışlarının əleyhinə çıxış edir”, – deyə o bildirib.