Sosial şəbəkələrdə deputat Günay Ağamalının qızı Nigar Həsənovanın Tik-Tok platformasındakı paylaşımları yayılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalist Şəfəq Ağacan məlumat yayıb.
O bildirib ki, parlamentdə Ailə, Qadın və Uşaq komitəsinin, habelə İctimai Birliklər və Dini Qurumlar komitəsinin üzvü olan Günay Ağamalı öz övladına nəzarət etmək imkanına malik deyil. “Yoxsa gənc bir qızın bütün bədəni tatularla örtülməzdi”.
Jurnalist başqa bir məsələyə də diqqət çəkib. O qeyd edib ki, Nigar Həsənovanın boynundakı xaç simvollu boyunbağı taxması onun xristianlığı qəbul etməsinə dəlalət edə bilər. “Əsas məsələ isə Günay Ağamalının qızının boynundakı xaçdır. Göründüyü kimi, deputatın qızı dinini dəyişərək xristianlığı qəbul edib”.
Qeyd edək ki, deputat Günay Ağmalının adı bu yaxınlarda təmsil olunduğu və atasının sədr olduğu Ana Vətən Partiyası ilə bağlı məsələdə də qalmaqalla yadda qalıb. Belə ki, o, qardaşı Elçin Ağamalı ilə partiyanın rəhbər postunu bölüşə bilməməsi səbəbindən medianın gündəminə düşmüşdü.
Məsələ ilə bağlı deputatın mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. Günay Ağamalının da mövqeyini dərc etməyə hazırıq.
Fərda Uğur










