Deputatdan Putinlə bağlı ŞOK ÇAĞIRIŞ: “Əgər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vladimir Putini dayandırmaq lazımdır, çünki Rusiyanın təcavüzü yalnız Ukraynaya qarşı deyil, bütün dünyaya qarşıdır”. 

“Vladimir Putini dayandırmaq lazımdır, çünki Rusiyanın təcavüzü yalnız Ukraynaya qarşı deyil, bütün dünyaya qarşıdır”.


TİA.AZ xəbər verir ki, bunu Ukraynaya səfərindən sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının daxili təhlükəsizlik komitəsinin sədri Maykl Makkol “Amerikanın Səsi” radiosuna deyib.

“Bu ölkə indi Rusiya ilə, Putinlə müharibə vəziyyətindədir. Mən indi danışdığım vaxt dörd milyon insan Ukraynanın şərqində işğal altındadır, Krım Rusiya tərəfindən tutulub. Burada Putinin açıq təcavüzünə qarşı müharibənin episentri yerləşir. Rusiyanın təcavüzü yalnız Ukraynaya qarşı deyil, bütün dünyaya qarşıdır”, – deyə o bildirib.

Makkol qeyd edbi ki, ABŞ Ukraynadan hələ çox şey öyrənə bilər: “Amma tək şey aşkardır ki, cənab Putini dayandırmaq lazımdır”.

Xüsusi halda, onun sözlərinə görə, Ukrayna təcrübəsi kibertəhlükəsizliyin gücləndirilməsi və ABŞ-ın milli təhlükəsizliyi konteksində çox qiymətlidir.