Deputatdan Nazirliyə XƏBƏRDARLIQ – “Unutmasınlar ki…”

Deputatdan Nazirliyə XƏBƏRDARLIQ – “Unutmasınlar ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Elm və Təhsil Nazirliyi bəzi dövlət müəssisələrinin fəaliyyətini qanunsuz hesab edərək diplomu tanımadığını deyir. Amma unutmasınlar ki, universitetə lisenziyanı, tələbəyə diplomu dövlət qurumu verib. Odur ki, bu problemin həll yolu tapılmalıdır”.

Tribunainfo.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda deputat Razi Nurullayev bildirib.

“Nazirliyin diplomlarını tanımadığı universsitetlər yerin altında, gizli fəaliyyət göstərməyiblər. Tələbələr təhsil haqqı ödəyib 5 il təhsil alıblar, amma ya diplom verilmir, ya da diplomu tanınmır. Bu problem həll olunmalıdır”, -deyə deputat bildirib.