Deputatdan energetik içkilərlə bağlı təklif: “Üzərinə 18+ yazılsın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir.
 Energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir. Təklif edirəm ki, bu içkilərin üzərinə 18+ işarəsi yazılsın. Bu halda həmin içkiləri hər kəs, xüsusilə yeniyetmələr ala bilməyəcək”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev dedi. Komitə sədri qeyd etdi ki, Azərbaycanda energetik içkilərin satışını qadağan etmək mümkün olmasa da, onun satışının məhdudlaşdırılması, uşaqlara əlçatanlığının minimuma endirilməsi üçün tədbirlər görülə bilər: “KİV-lərdə, reklam şitlərində və mağazaların özündə belə reklamlar qadağan edilməlidir. Digər tərəfdən, onların satışı da tütün məmulatları və alkoqollu içkilərin satışı kimi tənzimlənməli və lisenziya əsasında həyata keçirilməlidir”.

M.Quliyev bildirdi ki, son illərdə energetik içkilərdən qəfil ölüm halları çoxalıb: “Bütün dünyada, o cümlədən Azərbaycanda gənclər və yeniyetmələr arasında energetik içkilərin fəsadları artıb. Energetik içkilərin inkişaf etməkdə olan orqanizmə vurduğu fəsad daha çoxdur.

Bu içkilər insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu içkilərin qəbulundan yuxu, əsəb sistemi pozulur, bunları qəbul edən insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər”.