DEPUTAT VÜQAR İSKƏNDƏROV: “SÖYÜDLÜ HADİSƏLƏRİNDƏ GÜNAHKARLAR CƏZALANMALIDIR”

DEPUTAT VÜQAR İSKƏNDƏROV: “SÖYÜDLÜ HADİSƏLƏRİNDƏ GÜNAHKARLAR CƏZALANMALIDIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab Prezidentin müşavirədəki çıxışı həmişə olduğu kimi, çox maraqlı məqamlarla yadda qaldı. Onlardan biri də Gədəbəydə baş verən məlum hadisələrlə bağlıydı. Biz hadisələr baş verəndə təbii ki, mövqeyimizi bildirmişdik. Bu məsələdə dövlət orqanlarının fəaliyyətində çatışmazlıqların olduğunu bildirmişdim. Kənd sakinlərinin məhz aqressiv mövqe göstərməsinin səbəbi də bəzi dövlət qurumlarının hərəkətsizliyi idi”. Bu sözləri Tribunainfo.az-a deputat Vüqar İskəndərov Prezident İlham Əliyevin 2023-cü ilin 6 ayının yekunlarına həsr edilmiş müşavirədə Gədəbəy hadisələri ilə bağlı fikirləri barədə danışarkən deyib. Deputat qeyd edib ki, ilk növbədə böyük bir narazılıq yaradan xarici şirkətlə bağlı ölçü götürülməlidir:

“Əvvəlcə orada fəaliyyət göstərən xarici şirkətin özbaşınalığını qeyd etmək lazımdır. Şirkət qayda-qanun gözləməyib, özbaşınalığa yol verib. Daha sonra insanların əvvəlcədən bununla bağlı olan müraciətləri dinlənilməyib. Üçüncü əsas məsələ – təxribat məsələsidir ki, cənab Prezident də bunu qeyd etdi. Burada həm ölkədaxili, həm ölkə xaricindən olan təxribat əli hiss olunur və onunla bağlı artıq insanlar məsuliyyətə cəlb olunub.

Təəssüf ki, orada olan kənd sakinləri, vətəndaşlarımız təxribatlara uyub, məsələnin dərinliyini bilmədən polisə aqressiv münasibət göstəriblər. Bunlar yolverilməzdir. Azərbaycan polisi ictimai asayişi, təhlükəsizliyi qoruyur, onların qarşısına qoyulan məqsədlərin həll olunması üçün çalışır.

Biz orada bir polisin qanundankənar hərəkətini görürük. Həmin polis də məsuliyyətə cəlb olunub. Bu hal da yol verilməz idi. Amma ümumi götürsək, təbii ki, təxribatların baş verdiyi açıq- aydın ortadadır. Bununla bağlı Prezident dövlət orqanlarının təhlükəsizliyini qeyd etdi və məsələnin araşdırılması üçün hökumətə 1 həftə vaxt verdi və görürük ki, bu günlər ərzində Gədəbəy hadisələri dərindən araşdırılacaq və lazımi qiymət veriləcək. Həm cənab İlham Əliyev, həm də əhaliyə bununla bağlı məlumat veriləcək”.

Ümumiyyətlə, bölgələrdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilməli və tədbirlər görülməlidir. Həmin tədbirlər görülməyəndə məsələ böyüyür. Biz bunu Gədəbəydə gördük.

Hesab edirəm ki, böyük bir narazılıq yaradan xarici şirkətlə bağlı ölçü götürülməlidir, onların fəaliyyəti dəqiq yoxlanılmalı, bütün fəaliyyətləri Azərbaycan qanununa uyğunlaşdırılmalıdır. Məsələ dərindən araşdırılmalı və günahkarlar cəzasını almalıdır”.

Nigar