Deputat: “Veteran pulu” cüzi də olsa, artırılmalıdır”backend

Deputat: “Veteran pulu” cüzi də olsa, artırılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Veteran pulu” artırılmalıdır”. Modern.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

“Veteran pulu”nda cüzi də olsa, artım olmalıdır. Burada söhbət 100 mindən çox insandan gedir. Artıq bu sosial sifariş kimi gündəmdədir”, – o söyləyib.

Qeyd edək ki, 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub.