Deputat Madər Musayevin dünyasını dəyişməsi ilə Milli Məclisdə boş qalmış yerlərin sayı 7-ə çatıb.
Tribunainfo.az xəbər verir ki, buna qədər parlamentdə 6 boş yer var idi.
2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin nəticələri ləğv edilib. Nəticəsi ləğv edilmiş dairələr aşağıdakılardır:
33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov)
35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu)
74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli)
80 saylı İmişli-Beyləqan seçki dairəsidir (lider namizəd Çingiz Qənizadə)
