Deputat taksi çatışmazlığından şikayətlənibbackend

Deputat taksi çatışmazlığından şikayətlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çox yaxşı olardı ki, elektrik avtomobillərinin ehtiyat hissələrinin ölkəyə idxalı ƏDV-dən azad edilsin.

Tribunainfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, velosipedlərin də ölkəmizdə istifadəsi genişlənir, yaşıl iqtisadiyyatın ölkəmizdə təşviqi var: “Ona görə də velosipedlərin də ehtiyat hissələri ƏDV-dən azad edilsə, yaxşı olar. Digər problem isə odur ki, hazırda bazarda taksi çatışmazlığı var. Köhnəlmiş maşınlar taksi kimi istifadədən çıxarılır, 15 ildən artıq istifadə edilmiş maşınlara taksi fəaliyyətində qadağa qoyulur. Çox yaxşı olardı ki, prioritetlərdə taksi bazarının yenilənməsi ilə bağlı təşviqlər də öz əksini tapsın”.