“2023-cü ildə heç bir ciddi hüquqi əsası olmadan ölkə sərhədləri bağlı saxlanıb”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev vurğulayıb ki, adam başına düşən ÜDM-də 0.5 faiz artım olub və bu göstərici Qərbi Avropa ölkələrindən 8-10 dəfə azdır:
“Bu artım tempi ilə Avropa yaşayış standartları xalqımız üçün əbədi olaraq xəyal kimi qalacaq. Ciddi islahatlara gedilməlidir və iqtisadiyyata hökümətin nəzarətinə son qoyulmalıdır”.
Deputat bildirib ki, hesabat ilində sahibkarların incidilməsi davam edib:
“Mülkiyyətin qorunması, qanunçuluğun gücləndirilməsi istiqamətində ciddi uğurlar əldə edə bilməmişik”.