Ukrayna Ali Radasının deputatı Vladimir Parasyük Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilini “qəhrəman” adlandırıb.
Ukrayna Ali Radasının deputatı Vladimir Parasyük Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilini “qəhrəman” adlandırıb.
TİA.AZ “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, deputat bu haqda “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Andrey Karlovun qatili “öz xalqı üçün qəhrəmandır”.
Qeyd edək ki, dünən Ankarada Müasir Sənətlər Mərkəzində keçirilən rəsm sərgisinin açılışında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd təşkil edilib. Hücumda ağır yaralanan səfir xəstəxanada həyatını itirib.
Diplomatın qatili Mövlud Mert Altıntaş təhlükəsizlik gücləri tərəfindən hadisə yerində öldürülüb.