Deputat Razi Nurullayev Montellanı qınadı: “Günahkar odur”

Deputat Montellanı qınadı: “Günahkar odur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə millisinin uduzmasının günahkarı baş məşqçidir. Vaxtında oyunçu dəyişikliyi etmədi. Niderland isə etdi. Əgər rəqib komanda dəyişikliklər edirsə, sən də etməlisən. Yoxsa qol buraxandan sonra dəyişiklik nə verdi ki?!

 Tribunainfo.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev bildirib.

“Çox pis olduq. Türkiyə və Azərbaycan məyus olmayın. Hələ çox qələbələrimiz olacaq!”, – o bildirib.

Deputatın sözlərinə görə, uduzan Türkiyə yox, Montella idi: “Gərək istefa versin etdiyi səhvlərə görə”.

Xatırladaq ki, Türkiyə yığma komandası 1/4 final mərhələsində Niderland komandasına məğlub olaraq AVRO-2024-lə vidalaşıb.