Deputat rayonlarda vəkil çatışmazlığından gileylənir

Deputat rayonlarda vəkil çatışmazlığından gileylənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Regionlarda, Naxçıvan Muxtar Respublikasında vəkil çatışmazlığı problemi var”.

Tribunainfo.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda deputat Fazil Mustafa bildirib.

O qeyd edib ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinə dəyişiklik edilməlidir: “Həmin maddədə qeyd edilir ki, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan şəxs vəkil ola bilər. Burdakı üç il müddətini bir illə dəyişmək lazımdır.

Hüquqşünas ixtsisaslı şəxslər test imtahanından keçirlər, 3 il stajı olmadığı üçün müsahibəyə buraxmırlar.

Vəkil çatışmazlığı problemi həll olunmalıdır ki, vətəndaşlarımız öz hüquqlarını qorusun.”