Deputat Musa Qasımlı AMEA prezidenti Ramiz Mehdiyevi vaxtilə mədh edən çıxışının saytlardan yığışdırılmasını başlayıb. TİA. Az xəbər verir ki, deputat akademiki tənqid etdikdən sonra keçmişdə onu tərifləməsinə dair çıxışlarını mediadan sildirir. Bu da Qasımlının sosial şəbəkələrdə qınanmasına, məsxərəyə qoyulmasına səbəb olub.
Deputat bir zamanlar Mehdiyev haqda bunları deyib: “Azərbaycan ruhuna yad olan rəhbərlər tərəfindən vəzifəsindən çıxarıldıqdan sonra Ramiz müəllimin Milli Elmlər Akademiyasının kitabxanasında səbrlə işləməsinin, dövrün sovet dövlət və partiya xadimlərinin xalqın içərisində görünməyə cürət edə bilmədikləri bir vaxtda başını dik tutaraq küçədə piyada gəzdiyinin, insanlarla səmimi söhbətlər etdiyinin şahidi olmuşam. Bunu yalnız bütün varlığı və fəaliyyəti ilə xalqına qəlbən bağlı olan dövlət adamı edə bilər”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Vilayət Eyvazovun müvafiq əmri ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə rəis müavini, polis polkovniki Levan Qurskaya vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Levan Qurskaya Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin yaxın qohumu – baldızının oğludur. Bu fakt mətbuatda ciddi rezonans doğurub.
TİA. Az