DEPUTAT: “QADINLARI OĞUL ÖVLAD ÜÇÜN ÜZMƏYİN!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“34 yaşlı Kəmalə xanımla bağlı yazını üzrək ağrısı, üzüntü ilə oxudum. Hələ də düşüncələrdə dəyişiklik etmək üçün aydınlarımız çox çalışmalıdır”. 

“34 yaşlı Kəmalə xanımla bağlı yazını üzrək ağrısı, üzüntü ilə oxudum. Hələ də düşüncələrdə dəyişiklik etmək üçün aydınlarımız çox çalışmalıdır”.

TİA.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva deyib. O, bu hadisədən üzüntü hissi keçirərək bəzi insanlara, atalara, nənələrə, babalara üz tutaraq deyir ki, insanlıq, şərəf, namus,əxlaq cinsiyyət məsələsi deyil, şəxsiyyət məsələsidir:

“Övladın yaxşısı və pisi var. Ata-ana üçün, Vətən üçün, Millət üçün, İnsanlıq üçün yaxşı və pis övlad. Əsas məsələ qız və ya oğlan olması deyil, onun necə bir övlad, insan olmasıdır. Əsas buna diqqət edin və yaxşı övlad yetişdirməyə çalışın. Qadınları oğul övlad dünyaya gətirə bilmədin deyə incitməyin, üzməyin, suçlamayın, ölümə məcbur etməyin. O doğulan övlad, ana bətnindəki övlad sizin birlikdə övladınızdır. Mən doğulanda qızı üçün sevinməyən amma sonradan həmin qız üçün Yaradana hər gün şükür edən çox ailələr gördüm. Elə oğul da gördüm ki belə övladdansa olmasaydı dediyim oldu. Elə qızlar da gördüm ki, yüz oğula bərabər. Artıq yetər! Bu zehniyyətdən xilas olaq. Birinci və ikinci sinif cins yoxdur! Oğul da qız da övladdır! Övlad!”.


İlahə