“Keçən ilin bu vaxtı Qarabağda baş verənlərə Ermənistanın reaksiyası, bu gün ölkənin içində baş verənlərə sərgilənir”. Tribunainfo.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
O bildirib ki, hazırda İrəvanın atdığı addımlar bir il öncəki ilə eynidir. “Ermənistanın siyasi elitası ümumiyyətlə Qarabağda nələrin baş verəcəyini yaxşı bilirdi. Lakin nəinki yerindən tərpənmədi, əksinə, Azərbaycanın Qarabağda atdığı addımlara heç bir reaksiya vermədi”.