Deputat: “Paşinyan  Araik və digərlərinə nifrət edir”backend

Deputat: “Paşinyan Araik və digərlərinə nifrət edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın baş naziri Nikol Paşinyan hazırda Bakıda həbsdə olan Qarabağın hərbis-siyasi rəhbərlərinə nifrət edir”. Tribunainfo.az xəbər verir ki, bunu deputat Tiqran Abramyan deyib.
O bildirib ki, Paşinyanın nifrətinin öz səbəbləri var. “Birincisi, həbsxanada olanların arxasınca nalayiq sözlər deyən şəxs, öz daxili qorxularının və qeyri-insani tipinin mahiyyətini ortaya qoyur. Çünki bu insanların ona heç bir cavab verə bilməyəcəyini yaxşı bilir. İkincisi, fəal vətəndaşdan, hərbçidən tutmuş dövlət xadiminə kimi dövlətçiliyin müdafiəsi mövqeyində dayanan və ya gələn hər bir şəxs Paşinyan hakimiyyətinin düşmənidir”.
Baramyan hesab edir ki, Bakıda həbsdə olan erməni terrorçularının hələ də Azərbaycanda qalmasının günahkarı Ermənistanın baş naziridir. “Onun danışıqlarındakı uğursuzluqlar nəticəsində nəinki Qarabağ təslim oldu, Ermənistanın əsas əraziləri Azərbaycanın işğalına məruz qaldı. Minlərlə insanlar öldü, yaralandı”.
Erməni deputat onu da deyib ki, Paşinyanın real Ermənistan konsepsiyası diz çökmüş, təslim olmuş və ram edilmiş Ermənistandır.