Deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə Bakıda kafel-metlax mağazası açıb. Tribunainfo.az-ın verdiyi xəbərə görə, deputat oğlu açılış lentini şəxsən özü kəsib. Mərkəz deputata məxsus “Diler İnşaat” QSC–nin satış mərkəzi kimi fəaliyyət göstərir.
Deyilənə görə, O.Quluzadə orta məktəbdə oxuyarkən kifayət qədər kapital toplayıb, biznesə 18 yaşından Londonda milyonluq sərmayə ilə başlayıb, arada bəxti gətirməyib, Sankt-Peterburqda 1 milyonu batırıb, amma sonra ayağa qalxmağı bacarıb, İngiltərədə 5 ev alıb, Türkiyədə şirkət açıb, Azərbaycanda binalar tikib, indi də dövlətin bahalı layihələrində iştirak etməkdədir, məmurlar arasında yaxşı müştəriləri var. Ümumiyyətlə, məmur uşaqları, deputat övladları başqalarının balalarından seçilir – onlarda biznesdə uğurlu olmaq üçün “fitri istedad” var, heç kəsdə yoxdur…