56 saylı Şabran-Xaçmaz dairəsi üzrə deputatlığa namizəd Mahir Süleymanlının əsas rəqibi bəlli olub. Tribunainfo.az-ın xəbərinə görə, bu dairədən “Bank Respublika”nın KOB kreditləri üzrə mütəxəssisi Rüstəm Hidayətzadə onun alternatividir. O, ReAl Partiyasını təmsil edir. Mahir Süleymanlı isə YAP-ın namizədidir və Milli Məclisin Aparatında sektor müdiri vəzifəsini tutur. Onun atası Tahir Süıeymanlı da vaxtilə deputat olub.
Roman