Deputat: Nazirlər küllü-külfətli yığışıb gediblər

Deputat: Nazirlər küllü-külfətli yığışıb gediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YAP-çı deputat Elman Məmmədov parlamentdə hökumət üzvlərini tənqid edib.

TİA.AZ xəbər verir ki, buna səbəb parlamentin iclas zalında hökumət üzvlərinin iştirak etməməsi olub:

“Hökumət üzvləri elə küllü-külfətli yığışıb gediblər. Cəmi iki nəfər hökumət üzvü iclasdadır. Biz kimə danışırıq?! Belə çıxır ki, özümüz danışıb, özümüz eşidirik? Bu, düzgün münasibət deyil”.

Spiker Oqtay Əsədov isə deputla razılaşmayıb:

“Hökumət üzvləri iki gündür ki, burda idilər. İndi onlara aid məsələ müzakirə olunmadığına görə, icazə verdim, getdilər. Aidiyyəti qurumlar isə buradadırlar”.