DEPUTAT: “MƏTBUAT ŞURASININ GƏNCLƏŞMƏSİ ZƏRURƏTDİR”backend

DEPUTAT: “MƏTBUAT ŞURASININ GƏNCLƏŞMƏSİ ZƏRURƏTDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat Şurasının Nizamnamə tələblərinə uyğun olaraq sentyabrın 24-də Azərbaycan jurnalistlərinin VIII qurultayı keçiriləcək.
Şuranın idarə heyətində gənclərin təmsil olunması qurultaydan gözlənilən əsas dəyişikliklərdən biridir.

Mövzu ilə bağlı TİA. Az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, bu gün Mətbuat Şurasının sükanı arxasına keçməyə hazır olan istedadlı gənclər var:

“Jurnalistlər ölkəmizdə ictimai rəyin formalaşmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar. Bu vaxta qədər jurnalistlərin özünün bir təşkilatının olması, Mətbuat Şurasının yaradılması və fəaliyyəti Azərbaycan mətbuat tarixinin inkişafının mühüm bir mərhələsi kimi yadda qalıb. Ancaq hazırda informasiya daha əlahiddə əhəmiyyət kəsb etməyə başlayıb. Ona görə də Mətbuat Şurasının yenilənməsi, qurultayın çağrılması bu günümüzün aktual məsələlərindən biridir. Hazırda informasiya yumşaq gücü təmsil edir və bu gücdən effektiv istifadə edə bilən yeni nəsil jurnalistlərimiz yetişib.
Düşünürəm ki, qurultayın keçirilməsi zəruri, eyni zamanda şuranın nizamnaməsinə uyğun idi. Mətbuat Şurasının gəncləşməsi zərurət idi. Düşünürəm ki, Azərbaycan jurnalist camiəsinin və Azərbaycan ictimaiyyətinin gözləntilərini sentyabrda keçiriləcək qurultay layiqincə yerinə yetirməyi bacaracaq.
Bütün hallarda adını nə qoyuruq qoyaq, Mətbuat Şurası kimi jurnalistlərin təmsil olunduğu bir təşkilata ehtiyac var. İnformasiya siyasəti bəzən koordinasiya olunmağı tələb edir. Mən düşünürəm ki, jurnalist etikasının, peşəkarlığın, ictimai rəyin düzgün əsaslarda formalaşmasında bu Şura mühüm rol oynayıb.
Bütün hallarda mətbuat şurasının ötən illərdəki fəaliyyəti müsbət qiymətləndirilməlidir”
“Kimin sədr olacağı sualına gəldikdə isə bu haqda heç nə deyə bilmərəm. Sədr vəzifəsi seçkili bir vəzifə olduğuna görə hörmətli həmkarlarımın gələcək qənaətinə təsir edəcək hər hansı bir ad çəkmək istəmirəm. Bütün hallarda düşünürəm ki, hazırda çox yaxşı gənclərimiz yetişib. Bu gün Mətbuat Şurasının sükanı arxasına keçməyə hazır olan istedadlı, qabiliyyətli çoxsaylı gənclərimiz var”.

TİA. Az