Deputat Məşhur Məmmədov: Mirzoyan Azərbaycanın daxili işlərinə qarışa bilməzbackend

Deputat Məşhur Məmmədov: Mirzoyan Azərbaycanın daxili işlərinə qarışa bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan xarici işlər nazirinin Azərbaycanın da konstitusiyasında dəyişiklik etməli olduğu haqda fikirləri absurddur. Çünki bizim qanunvericilik aktında Ermənistana ərazi iddiası irəli sürülmür. Ermənistan isə öz Müstəqillik Bəyannaməsinə və qanunvericiliyinə ona görə dəyişiklik etməlidir ki, orada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Ona görə nazir Mirzoyanın sözləri danışıqların gedişinə xələl gətirir və qeyri-konstruktiv mövqedir”. Bu sözləri millət vəkili Məşhur Məmmədov Tribunainfo.az-a bildirib. Onun sözlərinə görə, Qərbi Zəngəzur qədim Azərbaycan torpaqları olmasına baxmayaraq, rəsmi Bakı bu ərazilərlə bağlı heç bir iddia irəli sürmür, qanunvericilik aktında da belə tələb yoxdur: “Hə, əlbəttə ki, biz Qərbi azərbaycanlıların öz yurd-yuvasına, əcdadlarımızın torpaqlarına qayıdışını təmin etmək istəyirik. Cənab prezident də bəyan edib ki, biz ora topla, tankla deyil, minik avtomobilləri ilə gedəcəyik. Amma bu fikirləri Ermənistana qarşı ərazi iddiası kimi qiymətləndirmək olmaz. Ona görə də Mirzoyanın səsləndirdiyi fikirlər məsələləri təhrif etməkdir və Azərbaycanın daxili işlərinə müdaxilədir. Bizim xarici işlər nazirimiz Ceyhun Bayramov da bu məsələyə lazımı cavab verib, rəsmi İrəvan bilməlidir ki, sərgilənən yanaşma sülh danışıqlarına zərər gətirir”. Millət vəkili qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün tarixi fürsət yaranıb, dünya da bu prosesi dəstəkləyir, Ermənistan yeni təkliflər paketini təqdim edib: “Belə olan halda, Paşinyan referenduma getməli, ölkənin qanunvericiliyinə dəyişiklik etməli, Türkiyə və bizə qarşı ərazi iddiaları sənədlərdən çıxarılmalıdır ki, saziş imzalansın. İndi buna kontur cavab kimi Mirzoyan da oxşar addımın bizim atmalı olduğumuzu deyirsə, yanılır. Çünki bizim heç kəsin torpağında gözümüz yoxdur. Hərçənd, tarixi ərazilərimizdir, amma beynəlxalq hüquqa hörmətlə yanaşmaq məcburiyytindəyik”.

Roman