DEPUTAT MƏŞHUR MƏMMƏDOV: “CƏNAB PREZİDENT MOSKVA MASASINDAN QALİB LİDER KİMİ AYRILDI”backend

DEPUTAT MƏŞHUR MƏMMƏDOV: “CƏNAB PREZİDENT MOSKVA MASASINDAN QALİB LİDER KİMİ AYRILDI”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskvada keçirilən üçtərəfli görüşdə cənab Prezident Ermənistanın baş nazirinin cavabını layiqincə verdi. Dövlət başçısı qeyd etdi ki, Laçın yolu bağlı deyil, gediş-gəliş var və sadəcə, nəzarət olunur. Buna Rusiya lideri hər hansı əks fikir də bildirmədi. Deməli, Rusiya da anlayır ki, Azərbaycanın Ermənistanla sərhəddə, Laçın yolunda nəzarət postu qurması onun legitim hüququdur. Ona görə də cənab İlham Əliyev Moskva görüşünə qalib kimi gedib, diplomatik masadan qalib kimi ayrılan lider oldu”. Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov mayın 25-də baş tutan liderlərin görüşünə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, Paşinyan yenə də danışıqlara zərər vuracaq mövqe nümayiş etdirdi: “Onun görüşə qədər Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməsi ilə Moskvada Azərbaycanı Laçın yolunda blokada yaratmaqda ittiham etməsi mövqeyi üst-üstə düşmür. Əgər Paşinyan Qarabağın bizə aid olduğunu təsdiq edirsə, o zaman ərazimizdə nəzarət mexanizmi qurmağımıza qarışa bilməz. Buna siyasi cığallıq deyilir. Eyni zamanda, görüşdə avantürist görünməyə cəhd etməkdir. Odur ki, cənab Prezident bu məsələyə kifayət qədər aydın cavab verdi. Düşünürəm ki, görüşdə böyük bir nəticə əldə olunmayıb. Bu, Rusiyanın vasitəçilik missiyasını əldən verməmək təşəbbüsü idi. Hər halda iyunun 1-də Kişinyov görüşündə veriləcək bəyanatlar daha açıq ola bilər. Erməni mediası yazırdı ki, Moskvada protokol sənədi imzalana bilər. Bu da təsdiqini tapmadı. Fikrimcə, hər iki tərəf vasitəçi olmadan sülh danışıqları aparmalıdır və yalnız bu halda barış mümkündür. Çünki üçüncü tərəf proseslərə hansısa şəkildə müdaxilə etmiş olur”.
M.Məmmədov hesab edir ki, Azərbaycan Prezidenti milli maraqlarımızı həmişə olduğu kimi Rusiya paytaxtında da sona qədər müdafiə etdi: “Bir daha göründü ki, Bakının mövqeyi dəyişməzdir, aydındır və bizimlə bağlı problem yoxdur. Sülh müqaviləsində problemli tərəf Ermənistandır. Onun mövqeyi dəqiqləşmədiyi üçün danışıqlar uzanır. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməsinə baxmayaraq, Laçın yolunda sərhəd xidməti qurulmasına münasibət bildirməklə yenə də işi kor dalana sürükləmək istəyir”.