“Avropa Parlamentinə bu ilin iyununda seçkilər keçiriləcək. Bunu bildiklərinə görə hazırkı avroparlamentarilər erməni lobbisinə sonuncu xidmətlərini yerinə yetirirlər.
Ona görə də son qətnamə təəccüblü olmadı. Biz Avropa təsisatlarının əski parçasına çevrilən, heç bir hüquqi qüvvəsi olmayan qərəzli qətnamələrinə əhəmiyyət vermədən siyasətimizi davam etdirməliyik”.
Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov deyib. Deputat qeyd edib ki, AP-də erməni lobbisinin nökəri olan, onun əlinə baxan deputatlar var:
“Bu adamlar rüşvətxor, Qərb dəyərlərini pula satmış siyasətçilərdir. Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən görünür ki, narazı qalıb. Bu da Qərb təsisatlarının simasını ifşa edir”.
M.Məmmədovun fikrincə, Avropa Parlamenti qərəzli bəyanatlarını davam etdirməklə Azərbaycanın nüfuzuna xələl gətirə bilməyəcək: “Bizim Avropa İttifaqı ilə yaxşı əlaqələrimiz var. Avropa Komissiyası da Azərbaycanla münasibətlərini genişləndirir.
Yalnız Avropa Parlamentidə olan ermənipərəst deputatlar düşmənçilikdən əl çəkmirlər. Hətta Avropa Şurasının Nazirlər Komitəsinin rəhbəri də nümayəndə heyətimizi orada görmək arzusunu dilə gətirdi. Təkcə Avropa Parlamenti özünü rəzil vəziyyətə salıb”.
Roman