İran parlamentinin Sənaye və Mədən Komissiyasının üzvü, deputat Adel Nəcəfzadə Uçrmiya gölü ilə bağlı maraqlı fikirlər irəli sürüb. Tribunainfo.az xəbər verir ki, o, açıqlamasında gölün qurumasının günahkarı kimi İranın keçmiş hökumətini göstərib.
Nəcəfzadə deyib ki, keçmiş hökumət zəruri olan tədqiqatların nəticələrinə nəzər belə yetirməyib. “Urmiyə gölü məmurların məsuliyyətsizliyi ucbatından quruyub. Geoloji və Mineral Kəşfiyyat Təşkilatının Urmiya gölü ilə bağlı araşdırmasına diqqət edilsəydi, indi bu vəziyyət yaranmazdı”.
O daha sonra bildirib ki, Urmiyə gölünə axan 30 çayın üzərində bəndlərin qurulması onun qurumasına səbəb olub. “Kənd təsrrüfatını dirçəltmək adı ilə görülən bu işin indi acılarını yaşayırıq. Belə davam etsə, bölgədə əkinçilikdən əsər-əlamət qalmayacaq”.