Gürcüstanda marixuanadan istifadə ilə bağlı bütün sanksiyalar ləğv olunub. Bu barədə Gürcüstanın Konstitusiya Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, marixuanadan istifadəyə görə inzibati cəzalar ləğv olunub. Artıq marixuanadan istifadəyə görə Gürcüstanda heç kəs cəzalandırıla bilməz.
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Modern.az-a açıqlamasında deyib ki, məhkəmənin qərarı müzakirə olunmaz.
“Gürcüstanda marixuananın leqallaşdırılması barədə qərarı Konstitusiya Məhkəməsi verib. Belə olan təqdirdə məhkəmənin verdiyi qərar müzakirə olunmur. Buna baxmayaraq bir deputat, vətəndaş kimi bu addımı müsbət qiymətləndirmirəm. Amma məhkəmə sistemi burada azaddır. Düşünürəm ki, sayqı və hörmətlə yanaşılmalıdır”.