“Deputat maaşı məni də qane etmir. Amma buna baxmayaraq əhalinin maaşı, orta gəlir səviyyəsi aşağı olduğuna görə bu məsələni gündəmə gətirmək doğru deyil”. “Deputat maaşı məni də qane etmir. Amma buna baxmayaraq əhalinin maaşı, orta gəlir səviyyəsi aşağı olduğuna görə bu məsələni gündəmə gətirmək doğru deyil”.
TİA.AZ xəbər verir ki, bu sözləri Sonxeber.az-a açıqlamasında millət vəkili Fazil Mustafa həmkarı Vahid Əhmədovun maaşla bağlı qalmaqallı açıqlamasına münasibət bildirərkən deyib.
F.Mustafanın sözlərinə görə, ölkənin ümumi büdcəsində kifayət qədər dirçəliş, artım olarsa bu məsələni qaldırmaq olar:
“İnsanın ehtiyaclarını nə qədər təmin eləsən, yenidən o qədər insan ehtiyacları yaranacaq. Bu iqtisadiyyatın qaydasıdır. Bu baxımdan bu maaş deputat üçün Azərbaycan şərtlərində bir çox problemlərin həllini gerçəklşdirməyə imkan vermir. Amma buna baxmayaraq əhalinin maaşı, orta gəlir səviyyəsi aşağı olduğuna görə bu məsələni gündəmə gətirmək doğru deyil. O baxımdan ki, ölkənin ümumi büdcəsində kifayət qədər dirçəliş, artım olarsa. bu məsələni qaldırmaq olar. Əhalinin orta əmək haqqının yüksəlməsi fonunda deputatın, başqa dövlət qurumlarının təminatına baxmaq olar. Çünki bir az bu ədalətsiz olar. Əhalinin əksər kateqoriyaları- müəllim, həkim daha az maaşı alır. Halbuki onların bir çox hallarda zəhməti deputatın çalışma zəhmətindən daha üstündür. Bu baxımdan bugün bunu gündəmə gətirmək doğru deyil. Hansısa bir formada deputat buna qatlanmalıdır. Çünki millət vəkilliyinin ən böyük statusu insanların xidmətində durmaqdır. Xidmətində durmaq üçün də Quran oxuyan da insandan pul umur, xeyirli iş görən insan da. Bunu bir qədər güzəştli formada etmək daha xeyirli olar. Bu məsələnin üzərinə ona görə bilərəkdən gəlmirəm ki, nə qədər yetərli olmasa da, indiki Azərbaycan şərtlərində bununla kifayətlənmək lazımdır”.
“Hazırda aldığınız deputat maaşı sizi qane edirmi?”- sualımızı isə Fazil Mustafa belə cavablandırıb:
“Xeyr, bu maaş məni qane etmir. Təbii ki, yetərli deyil. Amma az da deyil. Ən azından normal fəaliyyət göstərmək, yaşamaq üçün, mütəvazi həyat tərzi üçün bununla yola vermək olar”.
Xatırladaq ki, millət vəkili Vahid Əhmədov Sonxeber.az-a açıqlamasında bildirib ki, deputat maaşı 2 min 200 manatdır və hazırkı vəziyyətdə o maaşla dolanmaq çətindir.