Ermənistan 44 günlük müharibədə də, 1 günə yekunlaşdırdığı antiterror tədbirləri zamanı da Azərbaycan ordusunun gücünü gördü. Bu gücə bələd olan, bu gücün nələrə qadir olduğunun şahidi olan Ermənistanın hələ də işğalı altında saxladığı kəndləri danışıqlar yolu ilə verməkdən başqa yolu yoxdur. Ermənistan ordusu Azərbaycan ordusu ilə bir daha üz-üzə gəlmək istəməz.
Bu sözləri Tribunainfo.az-a açıqlamasında deputat Vüqar İskəndərov 4 kəndin hərb yoxsa sülh yolu ilə azad olunacaq sualını cavablandırarkən deyib. O bildirib ki, Azərbaycan hələlik diplomatik yollarla kəndlərin həllinə nail olmağa çalışır. Ancaq hər an hər şey ola bilər:
“Hazırda Azərbaycanın bir neçə kəndi, Qazaxın 7 və Naxçıvanın Kərki kəndi düşmən tərəfinsən işğal olunmuş vəziyyətdədir. Konkret olaraq 4 kəndlə bağlı gərgin danışıqlar gedir. Azərbaycan tərəfi konkret tələblər qoyub. Kəndlərin Azərbaycana qeyr-şərtsiz qaytarılması Ermənistana olan tələbdir. Bununla bağlı Ermınistan cəmiyyətində də müzakirələr gedir. Baş nazir Paşinyan sözügedən kəndlərdə oldu, yerli sakinlərlə görüşüb və onlara izah edib ki, bu məsələ həll olunmalıdır, torpaqlar Azərbaycan torpaqlarıdır və Ermənistan həmin kəndləri Azərbaycan ərazisi kimi tanıdığını dəfələrlə deyib. Ona görə də düşünürük ki, məsələ vaxt itmədən həll olunmalıdır.
İndiki məqamda Paşinyan həm də daxili auditoriyaya oynuyur, informasiyanı yayır və reaksiyaları gözləyir. Belə hesab edirik ki, Ermənistanda bu kəndlərin dinc yolla boşaldılması tərəfdarıdır. Düzdür, Ermənistanda bir qrup şəxslər var ki, onlar əks fikirdədir və kəndlərin boşaldılmasına qarşıdır.
Ancaq son sözü Azərbaycan deyəcək. Biz hələlik bu məsələdə diplomatik yollara üstünlük veririk. Ancaq kəndlər qaytarılmasa, bu məsələ uzansa bu dəfə Azərbaycan ordusu öz gücünü göstərəcək”.
Nigar