Deputat kənd sovetinin sessiyasında qumbara partlatdı: 26 yaralı var (VİDEO)

Deputat kənd sovetinin sessiyasında qumbara partlatdı: 26 yaralı var (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Zakarpatiyada Keretskovski kənd şurasının binasında bir deputat iki qumbara partladıb. Nəticədə 26 nəfər yaralanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Bildirilir ki, saat 11.37-də “102” xəttinə Mukaçevo rayonunun Keretskovski kənd sovetinin binasında sessiya iclası zamanı deputatlardan birinin qumbaraları partlatması haqda məlumat daxil olub.

Yenilənmiş məlumata görə, hadisə nəticəsində 26 nəfər xəsarət alıb, onlardan 6-nın vəziyyəti ağırdır. Qumbara partladan şəxsə həkimlər reanimasiya tədbirləri həyata keçirirlər.
Bildirilir ki, hadisə yerində bütün müvafiq xidmətlər, polisin əməliyyat-istintaq qrupu, partlayıcı maddələr üzrə ekspertlər və kriminoloqlar işləyir. İbtidai istintaq hərəkətləri davam etdirilir.