Deputat Gəncədə  öldürülən Elgündən yazdı

Deputat Gəncədə öldürülən Elgündən yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çox təəssüf ki, belə amansız hadisə baş verib. Çox üzülür və kədərlənirəm. Azərbaycan polisi və güc orqanları cinayəti törətmiş şəxs və ya şəxsləri mütləq tapacaq. Cinayətkarlar cəzasız qalmayacaq. Qanun qarşısında cavab verəcək. Elgünün ailəsinə və yaxınlarına başsağlığı verirəm. Allah səbr versin. Normal insan belə hadisə törədə bilməz.

Tribunainfo.az xəbər verir ki, bu sözləri deputat Naqif Həmzəyev bildirib. O qeyd edib ki, tezliklə cinayətin səbəb və təfərrüatlarını öyrənəcəyimizə ümid edirik:

“Cəmiyyətimizdə belə ağır və ağlasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik. Təhsil müəssisələri, valideynlər, aidiyyəti qurumlar səfərbər olmalı, uşaqlarımızın, yeniyetmə gənclərin tərbiyəsinə daha çox yatırım etməlidir.

Uşaqların ən həssas dönəmlərində onları qətiyyən tək qoymaq olmaz. Kaş bu hadisə baş verməzdi. Bir gəncin, bir ailənin ümidləri puç olmazdı. Heyf…”.

Nigar İxtiyarqızı