DEPUTAT FACEBOOK-DAN NİYƏ ŞİKAYƏT ETDİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənim üçün sosial şəbəkə fikirlərimi, təəssüratlarımı, məlumatlarımı paylaşmaq yeridir. Eyni zamanda fikirləri, təəssüratları, məlumatları əldə etmək, faydalı düşüncələri öyrənmək yeridir. 

Mənim üçün sosial şəbəkə fikirlərimi, təəssüratlarımı, məlumatlarımı paylaşmaq yeridir. Eyni zamanda fikirləri, təəssüratları, məlumatları əldə etmək, faydalı düşüncələri öyrənmək yeridir.

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa öz facebook səhifəsində yazıb:

“Bilirəm, adamların sosial problemləri başdan aşır, sıxıntı içində olan xeyli insanlarımız var. Bu insanlarla hər gün birbaşa və ya dolayı yolla rastlaşmaqdayıq. Bununla belə, burada bir qisim insanlar var ki, sosial şəbəkənin mahiyyətini düzgün anlamayıblar. Şəbəkəyə girən kimi, görürsən ki, mesajlar gəlib. Adam salam-sağoldan sonra dərhal keçir ki, müəllim, mənə 200 manat verə bilərsiniz? Yaxud təqaüd pulumu ödəyə bilərsiniz? Xəstəxanaya borcum qalıb, onu bəlkə ödəməyə köməklik edəsiniz? Mənə iş tapa bilərsiniz? Banka 1000 manat borcum qalıb, ödəsəniz minnətdar olaram. Kitabıma pul verə bilərsiniz? Anlatmaq olmur ki, sosial şəbəkə bank, xeyriyyə müəssisəsi, sədəqə yeri deyil axı…İnsanların umacağını anlayıram, ancaq biz də hansısa istehsal müəssisəsinin rəhbəri, ticarət şəbəkəsinin başında duran adam deyilik ki…Xeyli sağlam düşüncəli insanın müraciət etməsinə rəğmən yer olmadığına görə, dostluğa ala bilmirəm, dostluqda olanların içində də ancaq bu cür müraciətlərlə əsas çalışmalardan bizləri yayındıranları görəndə istər-istəməz üzülürəm. Onsuz da qəbul formaları var, ərizə və şikayətlərin hamısına diqqətlə yanaşırıq, lazımi ünvanlara göndərərək, cavab verilməsini təmin edirik. Lütfən, buranı başqa məqsədlər üçün istifadə etməyək, sıxıntılarımızın həlli yollarını təyinatına daha uyğun məkanda axtarmağa çalışaq”.

İlahə